Hörümçəkadam "Marvel" kino dünyasını tərk edə bilər


Digərləri 23 Avq 2019 07:21:00 243 0

Hörümçəkadam "Marvel" kino dünyasını tərk edə bilər

"Sony" və "Disney" bundan sonra Hörümçək-adam filmləri üzərində işlərdə əməkdaşlıq etməyəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu səbəbdən "Disney" studiyasına məxsus "Marvel" kinostudiyasının rəhbəri Kevin Fayqi gələcəkdə superqəhrəmanın iştirakı ilə yeni layihələrə prodüserlik etməyəcək, personajın özü isə bundan sonra "Marvel" kino dünyasında görünməyəcək.

Nəşrin məlumatına əsasən, studiyalar arasında münaqişəyə "Disney"in Hörümçək-adam barədə gələcək filmlərin maliyyələşməsinin 50 faizini öz üzərinə götürərək prokatdan gələn gəlirin yarısını əldə etməsi barədə tələbi səbəb olub. "Sony" kompaniyası isə öz növbəsində "Disney" studiyasının ilk gün əldə olunacaq gəlirin yalnız 5 faizinə, merçendayz satışından əldə olunan gəlirin isə hamısına sahib olması şərtinin saxlanılmasına çalışır.

Sonradan "Sony" kompaniyası bütün məsuliyyəti "Disney" studiyasının üzərinə qoyub. Kompaniyanın rəsmi bəyanatına əsasən, "Disney" studiyası Kevin Fayqiyə Hörümçək-adam barədə filmlər üzərində prodüser fəaliyyətini davam etdirməsinə icazə verməyib.

"Variety" nəşrinin məlumatına görə, kompaniyalar hələ sazişə nail ola bilərlər, lakin hazırda bu barədə danışıqlar aparılmır.

(adsgarden = window.adsgarden || []).push({});