Alimlər nəhəng zəlzələlərin necə başlanmasını araşdırıblar


Digərləri 23 Avq 2019 06:30:00 171 0

Alimlər nəhəng zəlzələlərin necə başlanmasını araşdırıblar

Alimlər bəyan edirlər ki, irimiqyaslı zəlzələlər barədə əksər hallarda qabaqcadan xəbər tutmaq mümkündür. Onların tədqiqatları sübut edib ki, fəlakətlərin başlanğıcı kiçik zəlzələlərdir (forşoklardır). Bəzən bu zəlzələlər əsas hadisədən hətta bir neçə həftə əvvəl başlayır.

Seysmoloq Daniel Truqmanın tədqiqatında deyilir: "Zəlzələlərin seysmologiyasında ən əsas məsələlərdən biri onların necə başlanmasıdır. Biz aşkar etdik ki, zəlzələlərin əksəriyyətindən əvvəl forşoklar baş verir. Biz bunları müasir texnikanın köməyi ilə müşahidə edə bilərik".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər əvvəllər baş verən bütün mülayim zəlzələlərin yarısından qabaq daha kiçiklərinin baş verməsini qeyd ediblər. Lakin Cənubi Kaliforniyada 2008-ci və 2017-ci illər arasında olan dövrdə 4 bal maqnitudalı zəlzələlərin yeni tədqiqatı göstərib ki, onların azı 72 faizindən əvvəl daha az nəzərəçarpan zəlzələlər baş verib.

"Forşokların yüksək aktivliyi Cənubi Kaliforniyada geniş yayılıb", - deyə tədqiqatın müəllifləri qeyd edirlər.

Tədqiqatın Kaliforniya Texnoloji Universitetindən olan həmmüəllifi Zaxari Ross yeni nəticələri belə şərh edir: "Bu, heyrətamizdir. Zəlzələlərin qanunauyğunluqlarının başa düşülməsindən ötrü bu, çox mühümdür", - deyə ekspert əlavə edib.

Tədqiqata görə, ardıcıl forşoklar haradasa əsas zəlzələyə 3-35 gün qalmış başlaya bilər.

(adsgarden = window.adsgarden || []).push({});