Audi Q4 modelinin alıcıları fənərlərin naxışını seçə bilərlər FOTO


Digərləri 22 Avq 2019 23:58:00 173 0

Audi Q4 modelinin alıcıları fənərlərin naxışını seçə bilərlər  FOTO

Audi Q4 e-tron elektrik krossoveri başqa opsiyalar ilə birlikdə, işıq texnikasının da naxışını seçməyə imkan verən ilk avtomobil olacaqdır. Alıcılara ön və arxa fənərlərin 25 variantda tərtibatını təklif edəcəkdirlər.

Audi Q4 e-tron modeli 2021-ci ildə işıq üzü görməlidir. İlk dəfə olaraq, alıcılara avtomobilin fərdiləşdirmə proqramının tərkib hissəsi kimi işıq texnikasının naxışının seçmək imkanı veriləcəkdir. Bu günə qədər heç bir istehsalçı belə opsiya təklif etmir. Audi markasının baş dizayneri Mark Lixtenin sözlərinə görə, alıcılara ön və arxa fənərlərin tərtibatının 25 variantından birini seçmək təklif olunacaqdır.

Son.az autograph.az-a istinadən bildirir ki, yığcam Audi Q4 e-tron prototipinin uzunluğu 4590 millimetr təşkil edir ki, bu da hazırki e-tron krossoverində olduğundan 310 millimetr qısadır. Krossover ümumi gücü 306 at qüvvəsi (225 kVt) təşkil edən iki elektromotor ilə təchiz edilib. Elektrokar 100 km/saat həddini 6,3 saniyəyə toplayır və 180 km/saat maksimal sürət həddinə (elektronika tərəfindən məhdudlaşdırılıb) malikdir.

Krossover adi halda arxadan çəkişlidir. Təkərlərin yerində fırlanması və ya bortsistemlərin çatışmayan dönməni aşkar etməsi halında ön oxdakı mühərrik hərəkətə gəlir. Döşəmənin altında yerləşdirilmiş batareya iki ox arasındakı məsafəni tutur.

82 kilovat-saatlıq batareya krossoverə 450 kilometr (WLTP) qət etməyə imkan verir. Batareyanın çəkisi 510 kiloqramdır. Batareya krossoveri sedanlara xas olan ağırlıq mərkəzi və oxlar arasında çəkinin optimal bölünməsi ilə təmin edir. Audi Q4 e-tron öndə McPherson dayaqlarına, arxada isə, çoxqollu asqıya malikdir. Amortizatorlar adaptivdir.

(adsgarden = window.adsgarden || []).push({});