İslandiya dünyada əriyərək yox olan ilk buzlağa abidə qoydu


Digərləri 22 Avq 2019 23:15:00 223 0

İslandiya dünyada əriyərək yox olan ilk buzlağa abidə qoydu

Qlobal istiləşmə və iqlim dəyişikliyi dünyanın tarazlığını pozmağa davam edir. İslandiyadakı Okjökull buzlağı əriməsi səbəbi ilə buzlaq statusunu itirir. Alimlər bu buzlaqla gələcəyə dair bir məktubla vidalaşırlar.

Son.az chip.az-a istinadən bildirir ki, iqlim dəyişikliyi və qlobal istiləşmə həm bəşəriyyət, həm də canlılar üçün mövcud olan ən böyük təhlükələrdən biridir və ciddiliyi hər il artmaqda davam edir. Elm adamları, iqlim dəyişikliyi səbəbi ilə 2014-cü ildə əriyərək statusunu itirən Okjökull buzlağı ilə vida etdi.

Onlar ingilis və islandiya dilində abidənin üzərinə ''Ok, buzlaq statusunu itirən ilk İslandiya buzlaqıdır. Növbəti 200 il ərzində bütün buzlaqları eyni yol gözlənilir. Bu abidə bunun nə olduğunu və nə etmək lazım olduğunu bildiyimizi qəbul etmək üçündür. Nə etdiyimizi yalnız sən bilirsən.''  yazıblar.

Elm adamları qlobal istiləşmə və iqlim dəyişikliyi səbəbindən buzlaqların bu sürətlə əriməyə davam etməsi gələcəkdə böyük bir təhlükə yaradacağını söylədi. 2017-ci ildə edilən bir araşdırmaya görə, dünya əhalisinin təxminən beşdə birini təşkil edən təxminən 2 milyard insan, 2100-cü ilə qədər artan okean səviyyəsinə görə evlərini tərk edərək daxili bölgələrə köçməli ola bilər.

(adsgarden = window.adsgarden || []).push({});