Rüşvətlə vəzifə qazanmaq istəyən şəxsin aqibəti


Digərləri 22 Avq 2019 23:20:00 195 0

Rüşvətlə vəzifə qazanmaq istəyən şəxsin aqibəti

Məşhur şair və ədib Əsməi nəql edir ki, ədaləti ilə tanınan Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin hakimiyyəti zamanı Kufədən Bilal ibn Əbu Bərdə adlı bir nəfər Diməşqə gəlir. Əbu Bərdə Kufədə abid və zahid bir adam kimi tanınırdı; amma sonrakı hadisələr göstərdi ki, özünü bu cür təqdim etməkdə məqsədi varmış.

Bilal ibn Əbu Bərdə Diməşqə gələndən sonra burada da özünü dünya işlərindən kənara çəkilmiş və ibadətə qapanmış bir adam kimi göstərməyə başlayır. Vaxtını məsciddə keçirir, günlərlə etikafa çəkilirdi. Hətta xəlifənin özü də məscidə gələndə ona diqqət yetirməyə başlayır. Bilalın dindar və təvazökar davranışı Ömər ibn Əbdüləzizdə rəğbət hissi yaradır.

Son.az islam.az-a istinadən bildirir ki, nəhayət, bir gün xəlifə öz yaxın adamlarından və müşavirlərindən olan Əla ibn Müğeyrəyə deyir: "Bu adamın ibadətə aludəliyi məni heyrətə salır. Əgər onun batini aləmi də zahirinə uyğundursa, onu İraqa vail təyin etmək fikrindəyəm. Çünki bu cür insan ədaləti qoruyar, qanunu pozmaz, xalqın malını qarət etməz, Allahdan qorxar". Xəlifənin müşaviri ona cavab verir: "İcazə verin, mən bu adamla tanış olub onun xasiyyətini öyrənim. Əgər niyyəti də əməlinə uyğundursa, bu vəzifəni ona verərsiniz. Əks halda, daha bir riyakarı ifşa etmiş olarıq".

Əla ibn Müğeyrə həmin gündən Bilal ibn Əbu Bərdə ilə ünsiyyət qurmağa başlayır. Qısa müddət ərzində onun etimadını qazanır, arada-bir xəlifəyə çox yaxın olduğunu da Bilalın diqqətinə çatdırır. Nəhayət, bir gün ona söyləyir: "Mənim xəlifə ilə yaxın dostluğum var. O, bir çox işlərdə, xüsusilə insanları vəzifəyə təyin edərkən mənimlə məsləhətləşir. Mən bir kəlmə sözlə xəlifənin fikrini istiqamətləndirə bilərəm. İstəsən, hətta sənin də İraq valiliyinə təyin olunmağını xəlifədən xahiş edə bilərəm. Amma gərək bunun üçün mənə mükafat verəsən. Indi de görüm, mən səni Iraqa vali etsəm, sən mənə nə qədər pul verərsən?"

(adsgarden = window.adsgarden || []).push({});