Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib (FOTO/VİDEO)


Digərləri 22 Avq 2019 22:56:34 210 0

Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib (FOTO/VİDEO)

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb

Bakı. Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. FHN-dən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub. Əlavə məlumat veriləcək.