Subay oğlanın evli olub boşanmış qadınla ailə qurmasına dinimiz necə baxır?


Digərləri 22 Avq 2019 22:45:00 275 0

Subay oğlanın evli olub boşanmış qadınla ailə qurmasına dinimiz necə baxır?

İslam dini ailə qurmaq məsələsinə və ailənin xoşbəxt olması üçün tərəflərin çalışmasına xüsusi diqqət yetirir. Lakin ailə quran tərəflərin subay və ya dul olması barədə qəti göstəriş yaxud hər hansı məhdudiyyət yoxdur. İslam tarixindən məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) özü subay ikən, artıq dul qalmış Xədicə xanımla evlənmişdir. Bu ailə uğurlu və möhkəm olmuş, Peyğəmbər (s) Xədicə xanımın vəfatına kimi onu sevmiş, vəfatından sonra da onun xatirəsini ehtiramla yad etmişdir.

Son.az islam.az-a istinadən bildirir ki, subay kişi dul qadınla evlənə bilər, eləcə də, subay qız dul kişiyə ərə gedə bilər. Burada əsas məsələ tərəflərin izdivaca razı olması, subay tərəfdən qarşı tərəfin vaxtilə evli olduğu barədə xəbərin gizlədilməməsidir. Əgər tərəflər bir-birini qəbul edirsə, subay qızın atası da qızını vaxtilə evli olmuş kişiyə ərə verməyə razıdırsa, şəriət bu izdivacı qadağan etmir.

(adsgarden = window.adsgarden || []).push({});