Torpaq arifə nə cavab verdi?


Digərləri 22 Avq 2019 22:50:00 202 0

Torpaq arifə nə cavab verdi?

İnsan əqidəsinə görə hesaba çəkildiyi kimi, əxlaqına görə də çəkilər. Bu cür deyildir ki, əxlaq ancaq dünyaya aid olsun. Axirətdə onun üçün hazırlanan cənnət və ya cəhənnəm adətən insanın əxlaqına görə olar. Suluk əhli bu həqiqəti təsdiq edir və deyir ki, cəhənnəmdə insan üçün hazırlanan əzablar - onun əxlaqının məhsuludur.

Əllamə Təbatəbai nəql edir ki, Nəcəfdə bir alim var idi ki, çox böyük məqamı var idi. Düzdür, o, səliqəsiz geyinərdi və hətta evlənməmişdi. Əmirəl-mömininin (ə) hərəminin hücrələrindən birində yaşayırdı. Heç kəs ona diqqət etmirdi. Ancaq o, çox fövqəladə insan idi. Həmişə öz halında idi. Zikr, ibadət, ziyarət halında idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəziləri ona xarici görünüşünə görə məsxərə edirdilər. O, çox zaman Vadius-səlama gedər və qəbirlərə nəzər salardı. Təzə meyit gətirən zaman onu dəfn edənə qədər gözləyərdi. Bir nəfər ondan soruşur ki, bu qəbiristanlıqda nə edirsiniz? O, deyir: "Görmək istəyirəm ki, qəbirlərdə olan ilanlar, əqrəblər necə olur? Ancaq hər nə qədər qəbirlərə baxıram, nə ilan görürəm və nə də əqrəb. Yeni qəbirlərdə yoxdur, köhnə qəbirlərdə də yoxdur. Mən də torpağa üzümü tutub dedim ki, axı deyirlər, sizdə ilan və əqrəb vardır. Bəs niyə mən görmürəm?

Torpaq mənim cavabımda dedi: "Şeyx! Sən yanlış düşünürsən, bizdə ilan və əqrəb yoxdur. Bu sizsiniz ki, özünüzlə ilan və əqrəb gətirirsiniz".

Həqiqətən bu cürdür. Biz öz əzabımızı özümüz ilə gətiririk". (Həvzəh)

(adsgarden = window.adsgarden || []).push({});