Changan bestsellerini yeniləyib FOTO


Digərləri 22 Avq 2019 22:30:00 213 0

Changan bestsellerini yeniləyib  FOTO

Çinin Changan şirkəti CS55 modelinin yenilənmiş versiyasını təqdim edib. Markanın bestselleri sayılan krossover yenilənmiş eksteryer və interyerə sahib olub.

Restaylinq keçmiş krossover əvvəlkidən yeni radiator barmaqlığı, işıq texnikası, bamperləri və baqaj qapağı ilə fərqlənir. Avtomobil tamamilə yeni salona sahib olub. Yenilənmədən əvvəlki modeldən miras qalan isə, yalnız sükan çarxıdır. Krossover virtual cihazlar panelinə və 10,25-düymlük displeyi olan multimedia sisteminə də sahib olub.

Son.az autograph.az-a istinadən bildirir ki, Changan mühəndisləri avtomonilin salon tərtibatında istifadə edilən plastikin daha keyfiyyətli, oturacaqların daha rahat olduğunu iddia edirlər. Bütün bu dəyişikliklər krossoveri daha bahalı göstərməlidir.

Texniki cəhətdən krossover dəyişilməz qalıb: Changan CS55 əvvəlki kimi 156 at qüvvəsi və 255 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik ilə təchiz edilir. Öndənçəkişli avtomobil altıpilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə təchiz edilir.

(adsgarden = window.adsgarden || []).push({});