Quşla toqquşan təyyarələrin aqibəti... FOTO


Digərləri 22 Avq 2019 22:11:00 200 0

Quşla toqquşan təyyarələrin aqibəti...  FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib.

Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilib ki, "Aviasiya hadisəsinin araşdırılması komissiyası"nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

Nazirliyin yaydığı məlumata görə, hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. "Qara qutu"dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Nazirliyinin yaydığı rəsmi məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çoxu MiQ-29-un quşla toqquşmanı şübhə ilə qarşılayıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, indiyədək buna bənzər qəzalar olub. Ümumiyyətlə, quş təyyarənin təhlükəsizliyinə təhdid olan ən önəmli vasitələrdən biri hesab olunub. Bu, bəzən böyük maddi zərərə, bəzən də insan təlafatına səbəb olur.

Zərbənin gücü toqquşduğu quşun ağırlığına, toqquşma zamanı sürət həddinə və istiqamətinə bağlıdır. Adətən, təyyarənin öz ağırlığı nəzərə alınmır. Çünki toqquşan quşun çəkisi ilə müqayisədə ondan dəfələrlə ağırdır. Zərbənin enerjisinin böyüklüyü sürət fərqinin kvadratına nisbətdə artır.

Zərbənin şiddətindən asılı olaraq, toqquşma nəticəsində quş ölür, təyyarənin də toqquşduğu hissəsi zədələnir. Hətta toqquşmanın olduğu səthə bağlı olaraq, bu, təyyarənin içindəki insanın yaralanmasına gətirib çıxara bilər. Xüsusilə toqquşmanın quş sürüsü ilə baş verməsi təhlükəni daha da artırır. Belə olan halda, təyyarə bir neçə yerdən zərbə alır. Belə bir vəziyyətdə, əgər təyyarə yerə yaxın məsafədədirsə, pilotun vəziyyətdən çıxmaq üçün imkanları məhduddur. Bu halda təyyarənin qəzaya uğraması adətən qaçılmazdır.

(adsgarden = window.adsgarden || []).push({});