İnsan öz mənəvi məqamını necə yüksəldə bilər?


Digərləri 22 Avq 2019 21:55:00 195 0

İnsan öz mənəvi məqamını necə yüksəldə bilər?

Əmirəl-möminin (ə) nəql edir: "Peyğəmbər (s) merac gecəsində Allahdan soruşur: "Pərvərdigara! Ən şərəfli və üstün əməl hansıdır?". Allah buyurur: "Heç bir əməl Mənim yanımda Mənə təvəkkül və qismət etdiyimə razı olmaq qədər üstün deyildir".

Allahın sifətlərindən biri - dərəcələri artırandır. "Yaratdıqlarının dərəcələrini yüksəldən". ("Qafir" 15). Bəs nə edək ki, ucala bilək?

Son.az deyerler.org-a istinadən bildirir ki, insanın dərəcəsinin artması onun fəaliyyətinin özünəməxsus yollarından asılıdır. Misal üçün, biri təhsildə dərəcəsini artırıb magistir olmaq istəyir. Və o, gərək əvvəlcə ali məktəbi bitirsin ki, sonra bu dərəcə üçün səy göstərsin. (Erfan)

Allah Təala biz insanların mənəviyyat yolunda dərəcələrimizi necə yüksəldə biləcəyimizin yollarını göstərmişdir. Onlara nəzər salaq.

1. Tövhid. "Kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir". ("Tövbə" 40). İnsan əgər tövhidi məqama çatarsa, o zaman dərəcəsi yüksələ bilər. Yəni, insan əgər Allahın tək olduğuna ürəkdən inansa, heç bir varlıığın Ona təsir edə bilməyəcəyinə etiqad bəsləsə - tövhid məqamına çatmış olar. Bu insanın mənəvi inkişafı üçün zəminələr hazır olar. Bu yolda insana yardım edə biləcək olan əməl - təvəkküldür. İmam Rza (ə) buyurur: "Hər kim Allaha etimad edər - Allah onu razı salar. Hər kim Ona təvəkkül edər - işlərini öhdəsinə götürər. Allaha etimad etmək - möhkəm qaladır ki, ancaq mömin ona yol tapa bilər".

2. Elm. "(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!" - deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin". ("Mücadilə" 11). Elm gərək imanla bir yerdə olsun ki, insanın dərəcəsini qaldıra bilsin. Bələm Baura elminə baxmayaraq, mənəvi olaraq süqut edir.

(adsgarden = window.adsgarden || []).push({});