Binəqədidə mağazadan 20 min manatlıq avtomobil təkəri oğurlanıb


Digərləri 22 Avq 2019 21:19:20 206 0

Binəqədidə mağazadan 20 min manatlıq avtomobil təkəri oğurlanıb

Binəqədidə mağazaladan 20 min manatlıq avtomobil təkəri oğurlanıb.

Bakı. Binəqədidə mağazaladan 20 min manatlıq avtomobil təkəri oğurlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisindəki mağazaların birindən 20000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar.