Saçları qalın edən, uzanmasını sürətləndirən 20 qəpiklik vasitə


Digərləri 22 Avq 2019 21:05:00 218 0

Saçları qalın edən, uzanmasını sürətləndirən 20 qəpiklik vasitə

Nikotin turşusu bir çox saçlara baxım üçün istifadə olunan vasitələrin tərkibinə daxil edilir.

Bu vasitənin siqaretlərin tərkibində olan nikotinlə heç bir əlaqəsi yoxdur. Nikotin turşusu müxtəlif xəstəliklər və pozulmalar zamanı istifadə olunan bioloji aktiv maddədir.

Nikotin turşusunun maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırmaq, damarları genişləndirmək kimi faydalı xüsusiyyətləri var. Məhz bu xüsusiyyətlər onu saçlara baxım zamanı olduqca faydalı edir. Nikotin turşusu saçların uzanmasını sürətləndirir, saçları daha sağlam və qalın edir, saçların tökülməsini azaldır.  

Son.az saglamolun.az-a istinadən nikotin turşusunun saçlar üçün istifadə qaydasını təqdim edir.

İstifadə qaydası:

1-2 ampul (bundan artıq yox!) açılır, şprisin köməyi ilə bir qaba tökülür və barmaqlara baş dərisinə çəkilir. Vasitəni təmiz baş dərisinə çəkmək lazımdır. Maskanı yumaq lazım deyil.

Nikotin turşusunu həftədə 2 dəfə 1 ay ərzində istifadə etmək lazımdır. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın.

(adsgarden = window.adsgarden || []).push({});