“Qıjı simptomu” nədir? –


Digərləri 22 Avq 2019 20:25:00 348 0

“Qıjı simptomu” nədir? –

"Qıjı" sözünü eşidən kimi yəqin ki, ilk növbədə fikrinizə el arasında işlədilən insan tipi gəldi. Biz isə sizdə elmi tibdə həqiqətən mövcud olan simptom barədə məlumat vermək fikrindəyik.

Qıjı simptomu ("simptom paporotnika") ginekoloji termin olub, uşaqlıq boynunun selikli qişasının kristallaşmasıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, qadınlarda menstrual tsiklin 7-8-ci günündə servikal selikdən nümunəyə mikroskop altında baxsaq, orda qıjıotunun yarpaqları formasında mənzərə görülür. Elə bu görünüşünə görə, bu sindroma "qıjı" adı qoyulub.

Ovulyasiya anında qıjıkimi görünüş daha da maksimal həddə çatır. Bu görüntü xlorid natrium duzlarının selikli qişaya yapışaraq, kristallaşması ilə alınır.

Kimlərdə olur:

Menstruasiya görməyə başlayan qızlarda və qadınlarda. Daha çox estrogen hormonu yüksək olanda müşahidə edilir. Getdikcə tsiklin sonuna yaxın azalır və itir.

"Qıjı" simptomunun aktivliyi qadınlarda sonsuzluq, hamiləlik və hormonal problemlərdə yumurtalıqların vəziyyəti və orqanizmdə estrogenin nə səviyyədə olmasınını göstərir.  

Analiz üçün:

(adsgarden = window.adsgarden || []).push({});