Acura Type S konseptini nümayiş etdirib FOTO


Digərləri 22 Avq 2019 20:01:00 220 0

Acura Type S konseptini nümayiş etdirib  FOTO

Acura şirkəti Type S adlı konsept avtomobilini təqdim edərək, eyni adlı "qaynar" modifikasiyaların model xəttinə geri qaytarılacağını bildirib. Konseptin eksteryeri Precision Crafted Performance firma dizayn üslubuna əsaslansa da, Acura ARX-05 Daytona prototipindən alınmış yeni dizayn elementlərini özündə əks etdirir.

Çox güman ki, Acura Type S hərəkət qabiliyyətinə malik olmayan maketdir. Konseptin qara rəngli şüşələri və texniki hissəsi barədə məlumatın olmaması buna işarə edir. Yaponlar yalnız yaxın iki ildə Type S modellərində quraşdırılacaq yeni V6 turbomühərrikinə işarə ediblər.  Konsept isə, əsasən yeni firma üslubunu nümayiş etdirmək vəzifəsini daşıyır.

Son.az autograph.az-a istinadən bildirir ki, konseptin xarakterik elementləri növbəti nəsil dördbölməli Jewel Eye LED-fənərləri, torşəkilli radiator barmaqlığı, həmçinin şikana formasında olan gündüz hərəkət isşıqları və arxa fənərlərdir. Sonuncu elementlər Acura ARX-05 Daytona yarış avtomobilindən götürülmüşdür ki, bu da "qaynar" sedan ilə yarış prototipləri arasındakı emosional bağa işarə vurur. Konsept uzun kapota, arxaya çəkilmiş salona və qısaldılmış arxa hissəyə malikdir.

Type S konseptinin kuzovu xüsusi hazırlanmış Double Apex Blue Pearl rənginə boyanmış, karbondan hazırlanmış aerodinamik kuzov dəstinə, 21-düymlük təkər disklərinə və Brembo əyləc mexanizmləri ilə təchiz edilmişdir.

(adsgarden = window.adsgarden || []).push({});