İnsanları qorxuya salan buludların görüntüləri yayımlanıb VİDEO


Digərləri 22 Avq 2019 20:15:00 255 0

İnsanları qorxuya salan buludların görüntüləri yayımlanıb  VİDEO

NASA ötən ayın sonunda ortaya çıxan qəribə bir buludun görüntülərini paylaşıb. Etna vulkanı üzərində yaranan buludlar bir çox insanı qorxudub.

Son.az chip.az-a istinadən bildirir ki, Siciliyadakı Etna vulkanın üzərində iki nəhəng bulud görünüb. Lavalar nəticəsində qızılı rəngə bürünən buludlar insanları qorxudacaq görüntü yaradıb. Bəzi insanlar bu buludları maraqlı hesab etsələr də  çoxları UFO-larla müqayisə edib.

Əslində UFO olmayan və nəmli havanı bir dağ və ya vulkan tərəfindən yuxarıya çəkildikdə meydana gələn lentikulyar buludlar deyilən bu buludlar su buxarının əyri təbəqələr daxilində yoğunlaşmasına səbəb olur. Elmi fantastika filmlərində tez-tez uzay gemisi forması alan lentikulyar buludlar, dünyanın müxtəlif yerlərində UFO xəbərlərinin ən doğru izahatı olaraq da bilinir.

Astronomiya fotoqrafı Dario Giannobilenin çəkdiyi bu möhtəşəm təbiət hadisəsi keçən ayın sonunda  baş verib. Vulkandakı lava buludda qırmızı bir kölgə yaradır, çərçivədəki ay bütün parlaqlığı ilə görünür. Nəticədə möhtəşəm görüntülər yaranır.

(adsgarden = window.adsgarden || []).push({});