Bakıda əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu aldılar


Digərləri 22 Avq 2019 20:00:33 205 0

Bakıda əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu aldılar

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb 70 manat pulunu və mobil telefonunu alıblar.

Bakı. Avqustun 15-də saat 1 radələrində 2 naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb 70 manat pulunu və mobil telefonunu alıblar. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılıblar.