Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır


Digərləri 22 Avq 2019 19:39:00 216 0

Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır

Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. 90 yaşını keçmiş insan uzunömürlü hesab edilir. Azərbaycanda uzunömürlülər xüsusilə İsmayıllı, Lerik, Tovuz, Gədəbəy rayonlarında üstünlük təşkil edirlər.

Son.az bildirir ki, Səhiyyə Nazirliyi Azərbaycanda uzunömürlülərin sayı ilə bağlı Modern.az saytının sorğusunu cavablandırıb.

Səhiyyə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova Modern.az-a bildirib ki, əhalinin yaş strukturuna görə sayı haqqında statistik məlumatlar ildə bir dəfə, hər ilin yekununa əsasən əldə edilir.