Polşada turistləri ildırım vurdu


Dünya 22 Avq 2019 19:14:00 195 0

Polşada turistləri ildırım vurdu

Polşanın cənubunda Gevont dağ massivində ildırım bir qrup turisti vurub.

Son.az Trend-ə istinadən bildirir ki, təbiət hadisəsi nəticəsində bir neçə turist həlak olub. Onlarla şəxs xəsarət alıb.

Ölən və xəsarət alanların dəqiq sayı hələlik açıqlanmır. Qeyd olunur ki, hadisə yerində xilasedicilər işləyir.