İmamzadə məzarlığında cadu tapıldı


Digərləri 22 Avq 2019 19:09:00 233 0

İmamzadə məzarlığında cadu tapıldı

Gəncədəki məşhur İmamzadə məzarlığında cadu tapılıb. 

Son.az bildirir ki, bu barədə Baku.ws-ə-ə hüquq müdafiəçisi Vasif Akifli məlumat verib.

Qəbirlərdən birinə sellafona bükülmüş iki gənc qadının şəkli ilə birlikdə ərəb dilində yazılmış kağızlar aşkarlanıb.

"Adət üzrə anamın 40 mərasiminə kimi məzarı hazırlanır, təmir təmizlik işləri gedirdi. Məzar daşı hazır olub üzərinə yerləşdirilməsi üçün qəbirin əlavə torpağını təmizləyən ustalar məzarın bir neçə santimetr dərinliyinə basdırılmış bu iki şəkili və duaları tapıblar. Eşitmişdim, az çox məlumatım var idi ki, bu cür caduları yeni məzarların torpağı ilə edirlər. Şəkillərdəki xanımları tanımıram. Bu xanımları tanıyan varsa, məlumat versin.