Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub (FOTO)


Digərləri 22 Avq 2019 18:20:49 205 0

Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub (FOTO)

Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov 3 gündən sonra start götürəcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.

Bakı. Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov 3 gündən sonra start götürəcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb. Trend-in məlumatına görə, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, həmçinin millimi üzvləri mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, SşSadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.