Bakıda bazarda güclü yanğın, 6 nəfər xəsarət alıb


Digərləri 22 Avq 2019 17:48:00 197 0

Bakıda bazarda güclü yanğın, 6 nəfər xəsarət alıb

17:48

Bakıda taxta bazarında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan 5 nəfər Fövqəladə Hallar nazirliyinin əməkdaşıdır: "Xəsarət alanlardan 3 FHN əməkdaşına yerində ilkin tibbi yardım göstərilib. 2 nəfər FHN əməkdaşı, 1 nəfər isə adi vətəndaş xəstəxanaya yerləşdirilib".

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

---------

17:15

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğında 2 FHN əməkdaşı xəsarət alıb.

Bu bərədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

--------

16:46

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.

Bu bərədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat veriləcək.

----------

16:26

"Baksol" yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik.

---------

15:41

Bakıda tikinti materiallarının satışı ilə tanınan "Taxta Bazarı"nda yanğın başlayıb.

Son.az Azxeber.com-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektindən üzü "Baksol" yolu istiqamətində taxta bazarında qeydə alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi və yanğının əhatə elədiyi ərazi ilə bağlı konkret məlumat yoxdur.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və çoxlu sayda texnika cəlb edilib. 

Son.az