Nazir müavini: Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib


Digərləri 22 Avq 2019 17:58:31 190 0

Nazir müavini: Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib

Bakının taxta bazarında baş verən yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib.

Bakı. Samir Əli - Bakının taxta bazarında baş verən yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan fövqəladə hallar nazirlinin müavini Etibar Mirzəyev deyib. Nazir müavini bildirib ki. hazırda yanğın hadisəsi davam edir: "Yanğın tam nəzaqrətdədir, ərazinin söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsinə təxminən 25-dən artıq texnika, 300-dən artıq canlı qüvvə cəlb olunub, Hazılrda yanğının nədən baş verməsi araşdırılır".