"Koutinyonu almağa pulumuz çatmadı" - Klopp


İdman 22 Avq 2019 17:39:00 221 0

"Koutinyonu almağa pulumuz çatmadı" - Klopp

Liverpool-un baş məşqçisi Yurgen Klopp Barcelona-dan Bayern Munich-ə icarəyə verilən sabiq futbolçusu Filippe Koutinyo haqda danışıb.

Goal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis "Koutinyou niyə yenidən transfer etmədiniz?" sualını belə cavablandırıb:

"Onunla maraqlandığımızı deyə bilərəm. Sizə bir az gülməli və qəribə gələ bilər, ancaq pulumuz çatmadı. Onsuz da Koutinyonun satışından qazandığımız pulu çoxdan xərcləmişdik".

Xatırladaq ki, braziliyalı yarımmüdafiəçi 2018-ci ildə 160 milyon avroya Liverpool-dan Barcelona-ya keçərkən klubuna qazandırmışdı.