Rəsmi məlumatı şübhə altına almaq təyyarə qəzasını ilk dəqiqələrdən siyasiləşdirməyi qarşısına məqsəd qoyan fəaliyyətin tərkib hissəsidir


Siyasət 22 Avq 2019 17:17:00 167 0

Rəsmi məlumatı şübhə altına almaq təyyarə qəzasını ilk dəqiqələrdən siyasiləşdirməyi qarşısına məqsəd qoyan fəaliyyətin tərkib hissəsidir

MİQ-29 təyyarəmizin qəza səbəbləri barədə Müdafiə Nazirliyinin rəsmi mövqeyini şübhə altına alan həvəskar izah və şərhlər qeyri-adekvat, təmayüllü, diletant xarakter daşımaqla, bədxah münasibətlərin ifadə edilməsindən başqa heç bir məna kəsb etmir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, sırf peşəkar və elektron-texnoloji bilgilərin predmeti olan məsələlərin adi diletant səviyyə və primitiv məntiqi mühakimələrlə iddialı şəkildə izah etmək cəmiyyətin diqqətini yayındırmaq, rəsmi mövqelərə inamsızlıq yaratmaq, dəxli olmadığı halda məsələni süni şəkildə siyasiləşdirmək kimi ziyanlı məqsədlərə xidmət edir:

"Bu gün sosial şəbəkələrdə rəsmi dövlət mövqeyini "dahiyanə arqumentlərlə" "vurmaq" istəyənlərin əsas hissəsi məlum hadisəyə görə yas mərasimini siyasiləşdirmək istəyən uğursuz dairələrin sifarişi və təsiri altındadır. Az bir hissəsi isə sadəcə sosial şəbəkədə populyar bir mövzu üzərində gündəmə gəlməklə özünü göstərmək istəyənlərdie. Sonuncu kateqoriyaya aid olan insanlar başqalarının siyasi oyunlarında vasitəyə çevrilmək kimi vəziyyətə düşür və həm şəxsi ləyaqət, həm də insanların həssas duyğularına münasibət baxımından olduqca ziyanlı rol oynayırlar. Rəsmi mövqeni nəyin bahasına olursa-olsun təftiş etdirmək və bu işə sosial şəbəkədə mümkün qədər çox sayda insanları cəlb etmək müəyyən radikal çevrənin məqsədyönlü idarə etdiyi prosesdir. Həmin dairələrin bu prosesin gedişi və saatbasaat ona nə qədər insanın başdan çıxarılaraq cəlb edildiyinə dair müəyyən adamlardan hesabatlar qəbul etdiyi şübhəsizdir. Rəsmi mövqeni şubhə altına alan az sayda şəbəkə insanları radikalların mərasimdə iştirakını münasib bilmədiyi üçün matəm sahiblərindən həm də qisas almaq niyyətini həyata keçirirlər".

Ekspert qeyd edib ki, Müdafiə Nazirliyinin rəsmi mövqeyini siyasiləşdirmək cəhdlərinin tutarsız və perspektivsiz olduğunu sübut edən saysız arqumentlər var: "Eyni tip təyyarələrin indiyə qədərki qəza tarixçələrini araşdırsalar, bir daha əmin olmaq olar ki, nə qədər kiçik fiziki maneələr və texniki səbəblərdən belə qəzalar törənə bilər. Bu gün rəsmi məlumatı şübhə altına almaq təyyarə qəzasını ilk dəqiqələrdən siyasiləşdirməyi qarşısına məqsəd qoyan dairələrin fəaliyyətinin davamı və tərkib hissəsidir. Sadəcə, bilmədən bu dairələrin siyasi toruna düşən sadə sosial şəbəkə istifadəçilərinin daha diqqətli olmalarına ehtiyac var".

Son.az 

Avqustun 23-nə manatın məzənnəsi like
  • 22 Avq 17:16  
Digərləri Avqustun 23-nə manatın məzənnəsi

Avqustun 23-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
ABŞ əsas düşmənini açıqladı: Rusiya deyil... like
  • 22 Avq 17:09  
Dünya ABŞ əsas düşmənini açıqladı: Rusiya deyil...

Çin ABŞ üçün Rusiyadan daha böyük təhdiddir.

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb like
  • 22 Avq 17:04  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Avqust ayının 22-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri

arrow Ətraflı
Futbolçuları aparan avtobus qəzaya uğradı - Gənc futbolçu öldü like
  • 22 Avq 16:59  
Digərləri Futbolçuları aparan avtobus qəzaya uğradı - Gənc futbolçu öldü

Futbol üzrə Qırğızıstan premyer-liqasında iştirak edən “Akademiya-Lid

arrow Ətraflı
"Ata ocağı" serialında o da çəkiləcək like
  • 22 Avq 16:54  
Digərləri "Ata ocağı" serialında o da çəkiləcək

"Xəzər" televiziyasında yayımlanan "Ata ocağı" serial

arrow Ətraflı
Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb like
  • 22 Avq 16:35  
Digərləri Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə ba

arrow Ətraflı
Yaqub Zurufçu Bakıda solo-konsert verəcək like
  • 22 Avq 16:34  
Digərləri Yaqub Zurufçu Bakıda solo-konsert verəcək

Oktyabrın 12-də Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu Heydər Əliye

arrow Ətraflı
"S300"ün alternativi təqdim olundu like
  • 22 Avq 16:34  
Dünya "S300"ün alternativi təqdim olundu

Çərşənbə axşamı keçirilmiş mərasimdə İran Prezidenti Həsən Ruhani

arrow Ətraflı
8 ölü, 6 yaralı, 23 itkin like
  • 22 Avq 16:29  
Dünya 8 ölü, 6 yaralı, 23 itkin

Çində fasiləsiz yağan yağış sel və torpaq sürüşməsi ilə nəticələ

arrow Ətraflı