Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb


Digərləri 22 Avq 2019 16:35:00 208 0

Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.

Bakı. Samir Əli - Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib. Bu bərədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa bu barədə əlavə məlumat verəcəyik".