İkinci dəfə keçirilən Luxury Awards mötəşəm anlarla yadda qaldı


Digərləri 22 Avq 2019 16:14:00 373 0

İkinci dəfə keçirilən Luxury Awards mötəşəm anlarla yadda qaldı

Çoxlarının maraqla gözlədiyi  "Luxury Awards" 2019  mükafatlandırma mərasiminin qala gecəsi baş tutub. Bilgah Beach Hoteldə keçirilən gecədə paytaxtın tanınmış yerli məşhurlarla yanaşı xaricdən gələn tanınmış simalar da iştirak ediblər. Qonaqlar  əvvəlcə dəbli avtomobillərin müşayiəti ilə qırmızı xalı şousunu izləyiblər. Onlar arasında Birlesmis Ərəb Əmirliklərinin ölkəmizdəki, səfiri Mühəmməd Al Qubaisi, Mərakeş Kralliqinin ölkəmizdəki sefiri Adil Embarş, "Avroviziya" iştirakçıları, müğənnilər Dilarə Kazımova, Aysel Məmmədova, Diana Hacıyeva, müğənni Elçin Cəfərov, tanınmış teleaparıcı Afaq Gəncəli, idmançıar Eduard Məmmədov, Ruslan Abışov, ictimai xadim Pərvin Şərifov, Qarabağ qazisi Kamil Müsəvi, iş adamları Cəlal Əsgərov, Ramil Rzayev, Şahin Mirikişili, dizaynerler Elnarə de Birbuet, Cəlal Kəngərli, digər moda sektorundan Fuad Haciyev, Nəsir Babayev  və digər simalar yer alırdı. Daha sonra tədbirin mükafatlandırma hissəsinə start verilib. İl ərzində uğurlu fəaliyyəti ilə fəqrlənən şəxslər və şirkətlər mükafata layiq görülüblər. Аparici - Elvin Mərdanov. Tədbir boyunca "Atəşgah" rəqs qrupunun çıxışları nümayiş olundu. Dilarə Kazımovanın yaxın şərq üslubunda möhtəşəm perfomansı isə gecəyə xüsusi rəng qatdı. Tədbir tanınmış müğənnilərin ifaları ilə davam etdi.

Layihənin  təşkilatçıları Ləman Mirtablı və Aqil Məmiyev tədbirin hazırlıq işlərinə həmişəki kimi bir neçə ay vaxt sərf olunduğunu bildiriblər. Onlar qeyd ediblər ki, ildən ilə layihəyə maraq artır və bu deməkdir ki, paytaxtımızda belə yüksək səviyyədə təşkil olunan tədbirlərin keçirilməsi hər kəsi məmnun edir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Son.az, Azernews.az

(adsgarden = window.adsgarden || []).push({});