Əli Əhmədov: Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir (FOTO)


Digərləri 22 Avq 2019 16:00:13 168 0

Əli Əhmədov: Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir (FOTO)

Azərbaycan hökuməti süni qiymət artımına yol verilməməsini daim diqqət mərkəzində saxlayır, bu məqsədlə lazımı tədbirlər görülür.

Bakı. Azərbaycan hökuməti süni qiymət artımına yol verilməməsini daim diqqət mərkəzində saxlayır, bu məqsədlə lazımı tədbirlər görülür. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov mətbuat nümayəndələrinin iştirakı ilə ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə ticarət mərkəzində aparılan reyd zamanı deyib. Kənd təsərrüfatı məhsullarının keyfiyyəti, qiyməti və əhaliyə göstərilən xidmətin səviyyəsi ilə maraqlanan Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidentinin və hökumətinin apardığı siyasətin əsas məqsədi ölkədə daxili istehsalın inkişaf etdrilməsi, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalının artmasıdır. Baş nazirin müavini qeyd edib ki, son illər Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Beləliklə də əhalinin ərzaq təhlükəsizliyi problemi demək olar ki, həllni tapıb. Hazırda ölkə vətəndaşlarının əzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir. Aqrar sektorda böyük irəliləyiş olduğunu vurğulayan Ə.Əhmədov ölkədə məhsul bolluğunun təmin edildiyini, eyni zamanda, istehsal edilən məhsulların bir hissəsinin xaricə ixrac olunduğunu söyləyib. Diqqətə çatdırıb ki, Azərbaycanın ixrac potensialının formalaşmasında və inkişaf etdirilməsində çox böyük rol oynayan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahənin inkişafı fermerlərin məşğullunun artırılması ilə ilə yanaşı, ölkənin ərzağa olan ehtiyacını daha dolğun ödəməyə imkan yaradacaq. Digər məqsəd isə Azərbaycan vətəndaşının ərzaq qıtlığından əziyyət çəkməməsidir. Vurğulanıb ki, Azərbaycan hökuməti dövlət başçısı İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə lazım olan bütün zəruri tədbirləri görür. Belə ki, müəyyən yerlərdə satış yerləri, logistik mərkəzlər və ticarət mərkəzləri yaradılıb. “Burada xidmətlərin səviyyəsi və keyfiyyəti bir-birindən fərqlənir. Bütün bunların hamısı müsbət haldır. Eyni zamanda, bizi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda məhsul bolluğu əsasında məhsulun qiymətinin mümkün qədər aşağı salınması təmin edilisin. Biz istəyirik ki, “tarladan-süfrəyə” zəncirində iştirak edən hər iki tərəf – fermer də, istehlakçı da məmnun qalsın. Fermerlər istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilsinlər ki, ailə büdcələrini formalaşdırsınlar, digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişl olmalıdır”, - deyə Baş nazirin müavini qeyd edib.