İsrail səhvən öz təyyarəsini vurdu


Dünya 22 Avq 2019 15:39:00 196 0

İsrail səhvən öz təyyarəsini vurdu

İsrail hərbçiləri səhvən öz təyyarələrini vurub.

Son.az Trend-ə istinadən bildirir ki, hərbçilər Qolan yüksəkliyindən İsrailə tərəf hərəkət edən uçan aparat müşahidə edib.

Qeyd olunur ki, həmin aparatın İsrailə təhdid törədə biləcəyini ehtimal edən hərbçilər atəş açıb.

Həmin aparatın İsrailə məxsus mülki təyyarə olduğu məlum olandan sonra atəş dayandırılıb.