"Sağlam Ailə” Tibb Mərkəzi “Səyyar Müayinə” aksiyası keçirir (FOTO)


Digərləri 22 Avq 2019 15:10:00 232 0

"Sağlam  Ailə” Tibb Mərkəzi “Səyyar Müayinə” aksiyası keçirir (FOTO)

Aksiyalar çərçivəsində 12 000-dən çox vətəndaş müraciəti qeydə alınıb.

Bakı. "Sağlam Ailə” Tibb Mərkəzi əhalinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sosial layihələr həyata keçirir. Belə layihələrdən biri də “Səyyar Müayinə” aksiyasıdır. “Sağlam Ailə” Tibb Mərkəzi əhalinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sosial layihələr həyata keçirir. Belə layihələrdən biri də “Səyyar Müayinə” aksiyasıdır. Aksiyanın keçirilməsində əsas məqsəd əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini, illərlə həkimə müraciət etməyən sakinlər müayinələrə cəlb etmək, habelə dövlət siyasətinin, xüsusən Heydər Əliyev Fondunun xeyirxah missiyasının davamı olaraq aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.