"YouTube"da təlim videolarını izlədi, almaz TAPDI


Digərləri 22 Avq 2019 14:59:00 205 0

"YouTube"da təlim videolarını izlədi, almaz TAPDI

Amerikanın Arkanzas ştatında "Almaz krater" parkına gələn şəxs 3,72 karat ağırlığında almaz tapıb.

Son.az "ölkə.az"a istinadən  xəbər verir ki, 27 yaşlı Miranda Hollinqsed dörd il əvvəl Payk rayonunda yerləşən məşhur park haqqında öyrənib və cümə günü, 16 Avqustda ailəsi ilə birlikdə parkı ziyarət etmək qərarına gəlib.

Texas əsilli qadın kölgədə oturduğunu və "YouTube"-da qızıl axtarışına dair təlimat videolarına baxdığını xatırlayıb.

"Mən bir saniyə uşaqlara yayındım, sonra baxışlarımı aşağıya yönəltim və onu bir topa yığılmış daşın arasında gördüm", - deyə o bildirib.

Qadın almazı park əməkdaşlarının tapıntı üzrə qeydə alma xüsusi mərkəzinə aparıb. Onlar belə qərara gəlib ki, almaz yalnız yağış sayəsində torpağın üst səthində çıxa bilər.

(adsgarden = window.adsgarden || []).push({});