Hacıqabulda "Mercedes" yük maşınına çırpıldı, ölən və yaralanan var


Digərləri 22 Avq 2019 14:55:00 151 0

Hacıqabulda "Mercedes" yük maşınına çırpıldı, ölən və yaralanan var

Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 21-də saat 7 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində Ağstafa rayon sakini R.Fərəcov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini B.Rəcəbovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə R.Fərəcovun sərnişinlərindən Şahin İsmayılov hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.