HUAWEI P30 Pro telefonu EISA versiyası üzrə ilin ən yaxşı smartfonu oldu


Digərləri 22 Avq 2019 14:30:00 246 0

HUAWEI P30 Pro telefonu EISA versiyası üzrə ilin ən yaxşı smartfonu oldu

HUAWEI Consumer Business Group (CBG) şirkəti HUAWEI P30 Pro telefonuna görə 55 nüfuzlu KİV-nin daxil olduğu, istehlak elektronikasına həsr olunmuş audio və videotexnika (EISA) üzrə  jurnalların Avropa assosiasiyasından " 2019-2020-cu illərin ən yaxşı EISA smartfonu " mükafatını aldı. HUAWEI artıq ikinci ildir ki, ardıcıl olaraq bu kateqoriyada qalib gəlir.

EISA HUAWEI P30 Pro-nun bu gün üçün ən yaxşı cəhətləri kimi onun yetərsiz işıqlanma şəraitində fotoçəkiliş imkanlarını göstərir. Assosiasiya onun ultragenişbucaqlı modulunu, portret çəkilişi rejimini və 5-qat böyütməyə malik periskopik telefoto-obyektivini də yüksək qiymətləndirir.

"EISA-dan daha bir mükafat - bu, bizim üçün böyük şərəfdir və biz şadıq ki, P30 Pro smartfonu tanınıb. HUAWEI şirkətinin hədəfi hər bir qurğunun ən yeni texnologiyaların köməyi ilə mobil kameraların imkanlarının hüdudlarını genişləndirərək istehlakçıları smartfonda yeni, daha keyfiyyətli fotoçəkiliş təcrübəsi ilə təmin etməsindən ibarətdir ", -  HUAWEI Consumer Business Group şirkətinin mobil şöbəsinin prezidenti Li Çançju söyləmişdir.

Bu smartfon spektral HUAWEI sensorlu 40 MP əsas kamera, 20 MP ultragenişbucaqlı modul, 8 MP telefoto-obyektiv, həmçinin ToF kamerası daxil olmaqla, dörd kameralı Leica sistemi ilə təchiz olunmuşdur. Əsas 40 MP kamera və təsvirin optik (OIS) və intellektual (AIS) stabilləşmə sistemləri dolgun və dəqiq fotoşəkillər almağa imkan verir, superzumlu obyektiv isə özünün periskopik konstruksiyası sayəsində keyfiyyətli 5-qat optik böyütməni təmin edir. Smartfon, həmçinin hibrid 10-qat zuma və rəqəmli 50-qat zuma malikdir.

EISA assosiasiyasının üzvləri istehlak elektronikasının bütün seqmentlərini əhatə edən 30-dan çox ölkənin ixtisaslaşmış KİV-dir. Hər bir nümayəndə EISA-nın aşağıdakı altı Ekspert qrupundan ən azı birinin işində iştirak edir: "Fotoşəkil", "Mobil qurğular", "Hi-Fi", "Ev kinoteatrı üçün audio", "Ev kinoteatrı üçün ekranlar və video" və "Avtomobil elektronikası". Hər il EISA-nın üzvləri, onların fikrincə altı kateqoriyanın hər birində yüksək nəticələr göstərən məhsulların siyahısını tərtib edirlər. Daha sonra onlar bu məhsulları EISA-nın illik ümumi yığıncağı çərçivəsində təqdim edirlər, assosiasiyanın üzvləri nominantlara diqqətlə baxır və hər kateqoriyada qalib gələnə səs verirlər.

HUAWEI qurğuları daha öncə də EISA assosiasiyasından bir sıra mükafatlar almışdı:

(adsgarden = window.adsgarden || []).push({});