Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub (FOTO)


Digərləri 22 Avq 2019 14:13:03 200 0

Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub (FOTO)

Layihə 500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradır

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron rayonundakı Məşğulluq Mərkəzlərinin direktorları, layihəyə cəlb edilən əlilliyi olan vətəndaşlar iştirak edib. Layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmizdə ildən-ilə geniş miqyas alan özünüməşğulluq proqramında üstünlük verilən həssas qruplardan biri də əlilliyi olan şəxslərdir. Ötən il 1000 nəfərdən çox əlilliyi olan şəxs proqramdan faydalanaraq öz kiçik ailə təsərrüfatlarını yaradıb. “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi də ölkəmizdə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi və kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün görülən işlərə mühüm dəstək məqsədi daşıyır.