7 il əvvəl qəzaya düşən şəxsin cinsi fəaliyyəti bərpa olundu


Digərləri 22 Avq 2019 13:59:00 179 0

7 il əvvəl qəzaya düşən şəxsin cinsi fəaliyyəti bərpa olundu

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi zəifliyinin aradan qaldırılması üzrə unikal əməliyyat icra olunub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, urologiya kafedrasının professoru İlham Əhmədov və komandasının icra etdiyi əməliyyatla ağır qəzadan sonra 7 dəfə əməliyyat olunmuş gənc xəstəyə penoskrotal 3-lü şişirilə bilən protez qoyulub və onun cinsi fəaliyyəti bərpa olunub. 

İ.Əhmədovun sözlərinə görə, klinikaya 32 yaşlı xəstə total erektil disfunksiya (cinsi fəaliyyətin olmaması) ilə bağlı müraciət edib. Bununla yanaşı, xəstə 7 il əvvəl keçirdiyi avtomobil qəzasında çanaq zədələnməsinə məruz qalıb. Bundan sonra 7 dəfə müxtəlif əməliyyat keçirib: dəri autotransplantasiyası, uretraplastika, meatotomiya və s. Xəstə dəfələrlə konservativ müalicə alsa da heç bir effekti olmayıb: 

"Odur ki, avqustun 16-da xəstəyə ümumi anesteziya altında üç parçalı penil protezin implantasiyası penoskrotal yolla əməliyyatı keçirilib. Əvvəllər bu əməliyyatı qasıq üstü nahiyədən həyata keçirirdik. İndi isə penoskrotal nahiyə ilə travmanı minimuma endiririk. Bununla da əməliyyatın gedişinin effektivliyi və xəstə məmnunluğu 95-98% -ə çatır". 

Professor bildirir ki, adətən bu xəstələr 3 mərhələli - dərman, iynələr və vakuumla müalicə alırlar. Əgər bu üsullar effekt verməsə, bundan sonra penil - protez implantasiyası həyata keçirilir. Bu zaman cinsi orqanın mağaralı cisminə silikon protez, sidiklik önü nahiyəyə rezervuar və xayalıq nahiyəsinə pompa (şişirilə bilən) qoyulur və onlar xüsusi cihazlarla bir-birinə birləşdirilir. Pompanın şişirilməsi ilə rezervuar mayesi cinsi orqanın içindəki boruları dolduraraq onu sərtləşdirir. 

(adsgarden = window.adsgarden || []).push({});