Bakıda itkin düşən qız tapılıb


Digərləri 22 Avq 2019 13:35:00 184 0

Bakıda itkin düşən qız tapılıb

İki gün əvvəl Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb.

Bakı. Ceyhun Ələkbərov - İki gün əvvəl Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb. Bu barədə Trend-ə itkin düşən 2004-cü il təvəllüdlü Elnarə Əliyevanın atası Vahid Əliyev bildirib. Onun sözlərinə görə, qızı əslində itməyib, sadəcə qohumlarının evinə gedib: "Elnarə ötən gün artıq tapılıb və evindədir. O, gecə vaxtı evdən çıxarkən nədənsə inciyərək xalasıgilə gedib. Saytlarda elan görən kimi, xalası dərhal polis ilə əlaqə saxlayaraq onun itmədiyini bildirib və daha sonra yaşadığımız evə gətirib".