Millimizin sabiq baş məşqçisi vəfat etdi


İdman 22 Avq 2019 12:46:00 257 0

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Futzal üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.

Goal.az xəbər verir ki, bununla bağlı Azərbaycan Futzal Federasiyasının rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

57 yaşlı braziliyalı mütəxəssis ötən həftə instult keçirdiyi üçün yerləşdirildiyi xəstəxanada vəfat edib.

Qeyd edək ki, "Professor" ləqəbli Milton 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində Azərbaycan millisinin baş məşqçisi olub. Yığma ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.