Suares MLS klubuna keçir


İdman 22 Avq 2019 11:43:00 247 0

Suares MLS klubuna keçir

ABŞ-ın İnter Mayami klubu İspaniya təmsilçisi Barcelona-nın futbolçusu Luis Suaresi transfer etmək istəyir.

Goal.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu da karyerasını Devid Bekhemin sahibi olduğu klubda başa vurmaqda maraqlıdır. Uruqvaylı forvardın 2020-ci ilin yayında ABŞ-a köçmək istədiyi bildirilir.

İnter Mayami-nin Barcelona ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Suaresə 4 illik sözləşmə təklif etdiyi vurğulanır.

Qeyd edək ki, Suares 2014-cü ilin iyulunda İngiltərənin Liverpool klubundan Barcelona-ya keçib. O, daha öncə vətənində Nasional Montevideo, eləcə də Hollandiyanın Groningen və Ajax klublarının formasını geyinib.