Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub


Digərləri 22 Avq 2019 11:30:00 160 0

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Bakı Ali Neft Məktəbinin (BANM) 2019/2020-ci tədris ili üzrə ali məktəbə qəbul planı birinci turdan 100 faiz dolub.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) 2019/2020-ci tədris ili üzrə ali məktəbə qəbul planı birinci turdan 100 faiz dolub. BANM-dan Trend-ə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilmiş “Abituriyent” jurnalının IV sayına əsasən, Ali Məktəbin bütün ixtisasları üzrə elan etdiyi yerlərin hamısı tutulub. Bu il BANM-ə 150-si dövlət sifarişli, 40-ı ödənişli əsaslarla olmaqla, ümumilikdə 190 yerlik qəbul planı təsdiqlənib. “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının hər birinə dövlət sifarişli 45 yer, ödənişli əsaslarla 10 yer ayrılıb. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə dövlət sifarişli 40 yer, ödənişli əsaslarla 10 yer, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə isə dövlət sifarişli 20 yer, ödənişli əsaslarla 10 yer müəyyən olunub.