İkardi seçimini etdi


İdman 22 Avq 2019 11:00:00 277 0

İkardi seçimini etdi

İnter-in hücumçusu Mauro İkardi Napoli-yə keçməyə yaxındır.

Goal.az “Corriere dello Sport” nəşrinə istinadən xəbər verir ki, Milan klubu Napoli-nin təklifini qəbul edib və 26 yaşlı argentinalı hücumçunu 62 milyon avroya satmağa razılıq verib.

İkardinin Juventus klubuna keçəcəyi gözlənilirdi.

Əgər futbolçu Neapolitan klubuna keçməyə razı olarsa, onun şəxsi müqaviləsinin şərtləri ilə həyat yoldaşı Vanda Nara məşğul olacaq.

İkardi İnter-in klubunda 2013-ci ildən çıxış edir. 2018/19 mövsümündə argentinalı hücumçu 37 matçda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.