Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb


Digərləri 22 Avq 2019 10:30:00 226 0

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında beynəlxalq audit başa çatıb

Bakı. Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında beynəlxalq audit başa çatıb və onun ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olduğu təsdiq edilib. Laboratoriyanın sertifikatlaşdırılması üçün hazırlıq prosesinə cari ilin mart ayında start verilmişdi. Hazırlıq işlərinin aparılması üçün beynəlxalq sertifikasiya üzrə aparıcı şirkət olan “Sublime Management Services LLC” dəvət olunmuşdu. Akkreditasiyanın əsas məqsədi laboratoriyada pasiyentlərə göstərilən tibbi xidmət zamanı keyfiyyətin beynəlxalq standartlara uyğun tətbiqini, tələb olunan şəraitin olmasını və müvafiq normativlərdən istifadə edilməsini təsdiq etməkdir. Laboratoriyanın İSO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verəcək.