Model komadan ayıldı, futbolçuları məhkəməyə verdi “Məni balkondan atdılar"


Digərləri 22 Avq 2019 10:23:00 213 0

Model komadan ayıldı, futbolçuları məhkəməyə verdi  “Məni balkondan atdılar"

2018-ci ildə Moskvada diplomat Denis Pakı döydüyü üçün 18 ay müddətinə həbs cəzası alan rus futbolçular Aleksandr Kokorin (“Zenit”) və Pavel Mamayevlə (“Krasnodar”) bağlı növbəti iddia səsləndirilib

2018-ci ildə Moskvada diplomat Denis Pakı döydüyü üçün 18 ay müddətinə həbs cəzası alan rus futbolçular Aleksandr Kokorin ("Zenit") və Pavel Mamayevlə ("Krasnodar") bağlı növbəti iddia səsləndirilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, həmin hadisə vaxtı restoranda olan çexiyalı model Yekaterina Bobkova mayda hadisə ilə bağlı ifadə verməyi qəbul etmişdi.

Lakin, məhkəmədən bir neçə gün öncə Çexiyada bir hotelin 4-cü mərtəbəsindən düşən model məhkəmə prosesində iştirak edə bilməmişdi. Model müalicə üçün Rusiyaya aparılıb və 3 aylıq müalicədən sonra komadan ayılıb.

Özünə gələndən sonra başına gələnlər haqqında danışan model bildirib ki, hadisə günü 2 qədəh şərab içib: "Futbolçuların göndərdiyi adamların şahid olmamağım üçün şərabıma qatdığı dərman mənə yuxu gətirdi. Sonra başıma vuraraq balkondan atdılar".

(adsgarden = window.adsgarden || []).push({});