Qurban Qurbanov: “Linfield-lə qarşılaşmaya yaxşı hazırlaşmışıq”


İdman 22 Avq 2019 10:21:00 246 0

Qurban Qurbanov: “Linfield-lə qarşılaşmaya yaxşı hazırlaşmışıq”

"Açıqlamalardan hiss olunur ki, rəqib olduqca istəklidir. Oyunlarına baxmış, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq".

Bunu Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyada Linfield-ə qarşı keçirəcəkləri Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacaqlarını bildirib. Qurbanov itkilərdən də bəhs edib: "Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək".

Qeyd edək ki, iyulun 22-də Belfastdakı “Windsor Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.