"Məhrəbanı açıb, çılpaq bədənini göstərəndə, axmaq kimi gözlərimi yumdum"


Digərləri 22 Avq 2019 10:08:00 212 0

"Məhrəbanı açıb, çılpaq bədənini göstərəndə, axmaq kimi gözlərimi yumdum"

"The Godfather" ( Xaç atası ) filminin aktyoru mərhum aktrisa Merilin Monro ilə bağlı etiraf edib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, aktyor Gianni Russo ( Cani Ruso ) Merilin Monro ilə 15 yaşındaykən intim münasibətdə olduğunu dilə gətirib. Aktyorun dediyinə görə, 33 yaşlı aktrisa onu yatağa atıb və o, həyatında ilk dəfə bir qadınla cinsi əlaqədə olub.

Cani Russo düşünür ki, Merilin Monro sağ olsaydı, çox güman ki, bu etirafdan sonra həbs ediləcəkdi. Çünki, həmin vaxt Cani Russonun 15 yaşı olub.

"Xaç atası" filmində Karlo Rizzi obrazını canlandıran aktyor Merilin Monro ilə onun ölümünə qədər münasibət yaşadığını iddia edib.

Hazırda 75 yaşı olan aktyor Merilin Monro ilə birlikdə duş qəbul etdiyini də söyləyib.

"Merilin Manro məni "kişi" edən qadın oldu", - aktyor "The Sun"a müsahibəsində söyləyib.

(adsgarden = window.adsgarden || []).push({});