Ağac kəsən "JEK" işçisinə 2 min manatlıq cərimə


Digərləri 22 Avq 2019 09:23:00 188 0

Ağac kəsən "JEK" işçisinə 2 min manatlıq cərimə

Tovuz rayonunda ağac kəsən şəxs cəzalandırılıb.

Bakı. Ceyhun Ələkbərov - Tovuz rayonunda ağac kəsən şəxs cəzalandırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ağac kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.