Göygöldə yanğın baş verib


Digərləri 22 Avq 2019 08:38:00 206 0

Göygöldə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində 0,5 ha sahədə quru ot, kol-kos və bir neçə ağac yanıb.

Yanğın söndürülüb.