Google Playdə virus proqramları 8 milyon dəfə yüklənilib


Digərləri 22 Avq 2019 07:51:00 190 0

Google Playdə virus proqramları 8 milyon dəfə yüklənilib

İnformasiya təhlükəsizliyi üzrə həllərin istehsalçısı olan "Trend Micro" şirkəti 85 virus tətbiqindən ibarət olan proqram aşkar edib. "Google Play" mağazasında 8 milyon dəfədən çox yüklənilib.

Son.az ICTnews-a istinadən bildirir ki, söhbət "Adware" tipli proqramlardan söhbət gedir. Bu tip proqramlar oyun və ya foto redaktor kimi faydalı proqramların adı altında maskalanaraq zəhlə tökən reklam göstərirlər. "Trend Micro" şirkəti tərəfindən aşkar edilmiş proqramlar qanunsuz gəlirlərini artırmaq üçün bir sıra yaradıcı yanaşmalardan istifadə edirlər.

Birincisi, cinayətkarlar həmin proqramların məxfi fəaliyyət göstərməsinə cəhd ediblər. İstifadəçi qurğusuna quraşdırılan həmin proqramlar işə salınan taymer nəticəsində 30 dəqiqə ərzində heç bir fəaliyyət göstərmirlər. Bu, reklam xarakterli mobil proqramı onu avtomatik karantinə yerləşdirən antiviruslardan gizlətməyə kömək edir.

"Trend Micro"nun mütəxəssisləri "Google" şirkəti ilə əlaqə saxladıqdan sonra həmin proqram təminatları silinib.

(adsgarden = window.adsgarden || []).push({});