“Bulud” əməliyyat sistemi ucuz telefonların işini sürətləndirəcək


Digərləri 22 Avq 2019 07:21:00 227 0

“Bulud” əməliyyat sistemi ucuz telefonların işini sürətləndirəcək

"CloudMosa" şirkəti ucuz (100 dollaradək) və zəif qurğular üçün adaptasiya olunan "Puffin OS" adlı yeni mobil əməliyyat sistemi təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, "Puffin OS" sürətinə görə "Android" əməliyyat sistemini üstələyir. Bu, bütün hesablamaların "bulud" servisinə köçürülməsi və proqramların yaddaşda yer tutmaması ilə izah olunur.

Şirkət nümayəndələrinin sözlərinə görə, yeni əməliyyat sistemi "KaiOS" (Nokia 8110 kimi ucuz düyməli telefonlara quraşdırlır) və sadələşdirilmiş "Android One" və "Go" versiyaları arasında çatışmazlığın aradan qaldırılması üçün nəzərdə tutulub. "Puffin OS" yüksək təhlükəsizliyi təmin edir və proqramların yüklənilməsi və quraşdırılması tələb olunmadığına görə onları tez işə salır.

Rahat iş üçün "bulud" əməliyyat sistemi üçün aşağı sürətli 2.5G (GPRS) bağlantısı kifayət edir. Perspektivli bazarlar kimi tərtibatçılar ilk növbədə mobil internet sürətinin zəif olduğu və əhalisinin əksər hissəsi bahalı smartfon əldə edə bilməyən inkişaf etməkdə olan ölkələri hesab edirlər.

Lakin "Puffin OS" sisteminin istifadəçiləri internet bağlantısı olmadan qurğunun yalnız baza funksiyalarından yararlana biləcəklər.

(adsgarden = window.adsgarden || []).push({});