"İnstagram"ın işində nasazlıqlar müşahidə olunur


Digərləri 22 Avq 2019 06:37:24 265 0

"İnstagram"ın işində nasazlıqlar müşahidə olunur

Bir sıra ölkələrdən olan "İnstagram" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər

Bakı. Bir sıra ölkələrdən olan "İnstagram" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər. Trend-in məlumatına görə, bu barədə "Downdetector" saytında bildirilib. Məlumata əsasən, problemlər barədə daha çox ABŞ, Braziliya və Almaniyada qeydə alınıb. Həmçinin Böyük Britaniya, Fransa, Niderland, İtaliya, Avstriya və İsveç sakinləri də sosial şəbəkənin xidmətindən yararlanmaqda çətinliklərlə üzləşiblər.