“Keşlə” Futbol Klubunda kadr dəyişikliyi olub


Digərləri 22 Avq 2019 04:38:00 303 0

“Keşlə” Futbol Klubunda kadr dəyişikliyi olub

“Keşlə” Futbol Klubunun strukturunda kadr dəyişikliyi həyata keçirilib

Bakı. “Keşlə” Futbol Klubunun strukturunda kadr dəyişikliyi həyata keçirilib. Trend-in məlumatına görə, Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Texniki Qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib. İdarə Heyətinin digər qərarı ilə mətbuat xidmətinin rəhbəri vəzifəsi Murad Axundova həvalə olunub.